logo
logo logo
logo

Braziliyada prezident seçkiləri ikinci turda - Bolsonaro birinci yerdə

16:59 - 06 Oktyabr 2026

Braziliyada prezident seçkiləri ikinci turda - Bolsonaro birinci yerdə

Braziliyada ötən gün keçirilən prezident seçkisinin ilk turunda keçmiş dövlət başçısı Jair Bolsonaronun oğlu Flavio Bolsonaro 47 faiz səslə hazırkı prezident Lula da Silvanı qabaqlayaraq ilk sırada yer alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lulanın 45 faiz səs topladığı seçkidə namizədlərdən heç biri 50 faizlik həddi keçmədiyi üçün hər iki siyasətçi oktyabrın 25-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Flavio Bolsonaronun rəhbərlik etdiyi Liberal Partiya (PL) Konqres seçkisində də ən güclü siyasi qüvvəyə çevrilərək Braziliya siyasətində sağçıların təsirini artırıb. İlk turun nəticələri son illərdə Latın Amerikasında güclənən sağ və ifrat sağ siyasətin regiondakı təsirini yenidən gündəmə gətirib.

Argentinada Xavyer Mileyin hakimiyyətə gəlməsi, Kolumbiya və Çilidə sağ və ifrat sağ namizədlərin seçkilərdə əldə etdiyi uğurlardan sonra diqqətlər indi regionun ən böyük ölkəsi və iqtisadiyyatına malik Braziliyaya yönəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az