logo
logo logo
logo

Trampın İranla bağlı sözləri ABŞ-da qalmaqala səbəb oldu    

12:31 - 07 Oktyabr 2026

Trampın İranla bağlı sözləri ABŞ-da qalmaqala səbəb oldu    

ABŞ Prezidenti Donald Trampın İranın Los-Anceles və ya San-Dieqo şəhərlərini məhv etməsini kiçik itki kimi qiymətləndirən açıqlamaları öz partiyasında da ciddi narazılıqla qarşılanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının 2026-cı il üzrə qiymətləndirməsi isə mühüm bir məqamı ortaya qoyur: İranın hazırda ABŞ materikinə çata biləcək əməliyyat imkanlarına malik qitələrarası ballistik raketi yoxdur.

Donald Tramp Nebraska ştatında keçirilən aralıq seçkilər mitinqində İranla müharibənin yaratdığı iqtisadi xərcləri əsaslandırarkən deyib:

“Onlar bir şəhəri məhv edə bilərlər. Los-Ancelesi alsınlar. San-Dieqonu alsınlar. Bu, ödəniləcək çox kiçik bədəldir”.

Ağ Ev Trampın Kaliforniya ştatındakı şəhərlərin vurulmasını istədiyi barədə şərhləri rədd edib.

Ağ Evin Kommunikasiyalar direktoru Stiven Çeunqun sözlərinə görə, Trampın demək istədiyi İranın nüvə dövlətinə çevriləcəyi təqdirdə ABŞ şəhərlərinin təhlükə ilə üz-üzə qala biləcəyi olub.

Buna baxmayaraq, prezidentin bu açıqlamaları yalnız Demokratların deyil, Respublikaçılar Partiyasının nümayəndələrinin də sərt reaksiyasına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az