Rusiya prezidenti Vladimir Putin 8-9 oktyabr tarixlərində Türkmənistana işgüzar səfər edəcək.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Türkmənistana səfəri zamanı MDB Dövlət Başçıları Şurasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.
"Putin 8 oktyabrda Türkmənistan prezidenti Berdiməhəmmədovla, 9 oktyabrda isə İran Prezidenti Məsud Pezeşkyanla görüşəcək. Liderlər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər", - Uşakov deyib.
Kreml rəsmisi MDB Dövlət Başçıları Şurasında 9 MDB liderinin iştirak edəcəyini də söyləyib.
O, Putinin iştirakçıların xahişi ilə MDB Dövlət Başçılarının görüşündə Ukrayna münaqişəsindəki mövcud vəziyyət barədə məlumat verə biləcəyini də əlavə edib.