logo
logo logo
logo

Hörmüzdə tanker vuruldu

17:07 - 06 Oktyabr 2026

Hörmüzdə tanker vuruldu

Hörmüz boğazında neft tankerinin hədəfə alındığı bildirilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, zərbə alan tankerin naməlum mənşəli sursatla vurulduğu qeyd edilib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında bir neft tankerinin mənşəyi məlum olmayan sursatla vurulduğunu açıqlayıb.

UKMTO-nun yaydığı məlumatda neft tankerinin Hörmüz boğazından çıxış istiqamətində hərəkət etdiyi bildirilib.

Açıqlamada hadisə ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub. Bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaları və şübhəli fəaliyyətlər barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az