logo
logo logo
logo

“Nənələr”dən birinin oğlu öldürülüb - FOTO 

12:16 - 07 Oktyabr 2026

“Nənələr”dən birinin oğlu öldürülüb - FOTO 

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı lənkəranlı dron hücumu zamanı öldürülüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.

Vahab Quliyev, məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

1553421


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az