logo
logo logo
logo

ABŞ səfirliyindən vətəndaşlarına yeni xəbərdarlıq

18:23 - 07 Oktyabr 2026

ABŞ səfirliyindən vətəndaşlarına yeni xəbərdarlıq

Rusiyada taun epidemiyasının yayıldığına dair iddialardan sonra ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarına növbəti xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Rusiyada xəstəliklə bağlı vəziyyətin diqqətlə izlənildiyini bildirərək, Dövlət Departamentinin Rusiya ilə bağlı 4-cü səviyyəli səyahət xəbərdarlığının (“Səyahət etməyin”) qüvvədə qaldığını xatırladıb. Bildirilib ki, bu xəbərdarlıq Rusiyada olan ABŞ vətəndaşlarının ölkəni dərhal tərk etməli olduğunu nəzərdə tutur.

Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk Taunla Mübarizə İnstitutunda laboratoriya texniki kimi çalışan 28 yaşlı qadın tədqiqatçının oktyabrın 2-də, cümə günü, şübhəli infeksiya nəticəsində həyatını itirməsindən sonra ölkədə mümkün epidemiya ilə bağlı narahatlıq yaranıb.

ABŞ-ın Rusiyadakı səfirliyi şübhəli ölüm hadisəsi və bundan sonra bölgədə tətbiq olunan karantin tədbirləri ilə bağlı xəbərlərin diqqətlə izlənildiyini açıqlayıb.

Səfirlikdən bildirilib:

“ABŞ hökumətinin, xüsusilə Moskvadan kənarda olan vətəndaşlarına yardım göstərmək imkanları məhduddur. ABŞ hökumətinin əməkdaşları sağlamlıq və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən müəyyən bölgələrə şəxsi və xidməti səfərlər zamanı əlavə məhdudiyyətlərlə üzləşə bilərlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az