Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qüvvələrinin Rusiya ərazisində və Qara dənizdə 4 ayrı hədəfə zərbə endirdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin Rusiya ərazisindəki hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.
O, Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi hücumlara cavab verdiklərini qeyd edib.
Zelenski deyib:
“Əsgərlərimiz bu gün Rusiyanın amansız müharibəsini maliyyələşdirməsinə və aparmasına kömək edən dörd hədəfi vurublar. Perm, Samara və Həştərxan vilayətlərində iki neft müəssisəsi və bir poliqon. Qara dənizdə də cavab zərbəsi endirilib”.