logo
logo logo
logo

ABŞ ordusuna təlimat verdi - "Hazır olun!"

13:30 - 08 Oktyabr 2026

ABŞ ordusuna təlimat verdi - \"Hazır olun!\"

ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hücumların vaxtını nəzərdən keçirdiyi, Pentaqonun isə ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) hücum variantları ilə bağlı hazırlıqları başa çatdırmaq göstərişi verdiyi iddia olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hücumların nə vaxt həyata keçirilə biləcəyini qiymətləndirdiyi və ordunun hazır vəziyyətə gətirilməsi barədə göstəriş verildiyi bildirilir.

Göstərişdə CENTCOM üçün mümkün hücumların vaxtı ilə bağlı konkret tarix müəyyən edilməyib. Bununla yanaşı Trampın hücumların vaxtı məsələsi üzrə qiymətləndirməsini davam etdirdiyi iddia olunub.

Digər tərəfdən ABŞ və İsrail rəsmiləri hücumların ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən və İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini bildiriblər.

Mənbələr İrana qarşı hücumların davam etdirilməsi halında ölkənin enerji infrastrukturuna və nüvə obyektlərinə qarşı genişmiqyaslı hücumların həyata keçirilə biləcəyinə diqqət çəkiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az