logo
logo logo
logo

Türkiyədə yaşayış binası çökdü

10:48 - 08 Oktyabr 2026

Türkiyədə yaşayış binası çökdü

İstanbulun Maltepe rayonunda yeddi mərtəbəli binanın ilk üç mərtəbəsində çökmə baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 12 mənzildən ibarət binada rəsmi məlumatlara əsasən, 33 nəfərin yaşadığı müəyyənləşdirilib. Dağıntılar altında qalan 12 nəfərdən 6-sı yaralı vəziyyətdə xilas edilib.

Hadisə Maltepe rayonunun Cevizli məhəlləsində, Doğu küçəsində baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, Fövqəladə Hallar və Fövqəladə Tibbi Yardım qrupları, polis və təcili tibbi yardım briqadaları göndərilib.

Hazırda dağıntılar altında qalan digər 6 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az