AccessBank,
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın
sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir.
Artıq
ənənəvi təşəbbüsə çevrilən layihə çərçivəsində altı həftə
ərzində iştirakçılar biznesin idarə olunması, maliyyə
savadlılığı, marketinq, strateji planlaşdırma, satış və biznesin inkişafı üzrə praktiki
təlimlərdə iştirak edəcəklər. Proqram sahibkarlara əldə etdikləri bilikləri
gündəlik fəaliyyətlərində tətbiq etmək üçün faydalı alətlər və yeni yanaşmalar
qazandırmağı hədəfləyir.
İştirakçılar
eyni zamanda digər qadın sahibkarlarla təcrübə mübadiləsi aparmaq, yeni peşəkar
əlaqələr qurmaq və bizneslərinin inkişafı üçün yeni imkanlar əldə etmək şansı
qazanacaqlar.
Access2Success-də
iştirak etmək istəyən qadın sahibkarlar 25 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat
üçün link
Access2Success
layihəsi ilk dəfə 2022-ci ildə
həyata keçirilib. İndiyədək layihədə 200 qadın sahibkar iştirak edib. Beşinci
buraxılışın keçirilməsi AccessBank-ın qadın sahibkarlığının dəstəklənməsi
istiqamətində uzunmüddətli təşəbbüslərinin davamıdır.
AccessBank qadın
sahibkarları öz bizneslərini inkişaf etdirmək, yeni biliklər qazanmaq və yeni
imkanlar əldə etmək üçün Access2Success-ə qoşulmağa dəvət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə
bazarında lider olaraq, 2002-ci ildən kiçik
və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi
beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə
olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan
maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat üçün bura
daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət
göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3
ünvanında yerləşir.