Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, - deyə Fərid Şahbazlı qeyd edib.
Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY
23:45 - 05 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
04 Avqust 2026 - 12:52
Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı - Vəziyyəti ağırdır
04 Avqust 2026 - 22:56
Məşhur Türkiyə klubu Salahı transfer etdi
04 Avqust 2026 - 21:32
Azərbaycanlı alim ABŞ-də rəhbər vəzifəyə təyin edildi - FOTO
04 Avqust 2026 - 15:10
Nərimanov Tibb Mərkəzinin yeni binası başqa quruma verilir? - RƏSMİ CAVAB
04 Avqust 2026 - 23:43
Kirayə mənzillər rekord vaxtda bitdi
04 Avqust 2026 - 23:29
Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO
04 Avqust 2026 - 23:14
Füzulinin 2 kəndində güclü yanğın başladı - FOTO
04 Avqust 2026 - 22:16
Təyyarə burulğana düşdü - 17 nəfər yaralandı
04 Avqust 2026 - 22:33
31 yaşlı kişiyə xəsarət yetirdi - Saxlanıldı
04 Avqust 2026 - 17:19
İnsanların gələcəkdə yaşayacaqları planet ortaya çıxdı - Yeni kəşf
05 Avqust 2026 - 00:01
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
04 Avqust 2026 - 23:40
Bu ərazilərdə işıq kəsiləcək
Xəbər xətti
- 05 Avqust 2026
- 09:57 ADSEA dağ çaylarına ağır texnikalar cəlb etdi - FOTOLAR
- 09:47 Səyyad Arana ağır İTKİ
- 09:23 "Sabah" "Orhus"la qarşılaşacaq - UEFA Çempionlar Liqası
- 09:12 Abşeronda yanacaqdoldurma məntəqəsində güclü yanğın - VİDEO
- 09:01 Bakının əsas yollarında TIXAC var
- 08:30 Səhərlər acqarına limonlu su içməyin xeyiri və zərəri
- 08:00 Sümükləri möhkəmləndirən qidalar
- 01:30 Yeniyetməni telefondan uzaqlaşdırmağın 3 üsulu
- 00:30 İnsan fizioloji olaraq maksimum neçə il yaşaya bilər?
- 00:01 Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
- 04 Avqust 2026
- 23:54 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 23:43 Kirayə mənzillər rekord vaxtda bitdi
- 23:40 Bu ərazilərdə işıq kəsiləcək
- 23:38 Qusarda kişinin həyətdə meyiti tapıldı
- 23:29 Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO
- 23:14 Füzulinin 2 kəndində güclü yanğın başladı - FOTO
- 22:56 Məşhur Türkiyə klubu Salahı transfer etdi
- 22:33 31 yaşlı kişiyə xəsarət yetirdi - Saxlanıldı
- 22:16 Təyyarə burulğana düşdü - 17 nəfər yaralandı
- 21:52 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
- 21:47 Bakıda 79 yaşlı qadının meyiti tapıldı
- 21:32 Azərbaycanlı alim ABŞ-də rəhbər vəzifəyə təyin edildi - FOTO
- 21:15 Ağsuda “Audi” yandı - VİDEO
- 20:51 14 yaşlı yeniyetmə kanalda batdı
- 20:36 Bakıda usta iş yerində öldü
- 20:14 "Şamaxı" "Qəbələ"yə qalib gəldi
- 19:51 Naxçıvanda ağır qəza: Yaralılar var - FOTO
- 19:32 11 gənc ADY ailəsinə qoşuldu - FOTOLAR
- 19:16 "Hörmüz ilə bağlı danışıqlarda irəliləyiş var" - Rubio
- 18:59 Piyada təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbir keçirildi - VİDEO
- 18:40 ADY təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək - FOTO
- 18:28 Apteklərdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
- 18:12 Hazırda 13 yolda tıxac var - SİYAHI
- 17:53 8000 uşağın təhsili maliyyələşdiriləcək – Müsabiqə başlayır
- 17:24 Dünya ulduzu tanınmaz halda - FOTO
- 17:19 İnsanların gələcəkdə yaşayacaqları planet ortaya çıxdı - Yeni kəşf
- 17:17 Dövlət Proqramının yeni təqaüdçüləri ilə görüş keçirildi - FOTOLAR
- 17:10 İkinci Dünya müharibəsində batan gəmi 81 il sonra üzə çıxdı - FOTO
- 17:02 Ombudsman əməkdaşlarına fərqlənmə medalları təqdim edildi
- 16:56 Bu ölkədə də anomal istilərlə bağlı XƏBƏRDARLIQ
- 16:47 "Telegram" "App Store"dan çıxarıldı - SƏBƏB
- 16:25 Pezeşkian istefa verəcək? - Özü açıqladı
- 16:15 Türkiyəli tanınmış aktyorun narkotik testi müsbət çıxdı
- 16:01 TuranBank gender bərabərliyi üzrə layihəni tamamladı
- 15:42 “Ədalət yalnız hökm çıxarmaqla ölçülmür”
- 15:35 Bakıda 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayır – SİYAHI
- 15:24 "Bolt" taksisi qəza törətdi - "Sürücü yolda video çəkirdi"
- 15:10 Nərimanov Tibb Mərkəzinin yeni binası başqa quruma verilir? - RƏSMİ CAVAB
- 14:57 Nicat Məmmədli "Maarifçi" proqramının iştirakçıları ilə görüşdü - FOTOLAR
- 14:54 "TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir"
- 14:46 “AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil etdi - FOTOLAR