"Hisslərim bir-birinə qarışıb" - Cəbrayıl sakini

10:12 - 26 Sentyabr 2024

\"Hisslərim bir-birinə qarışıb\" - Cəbrayıl sakini

“Biz oradan çıxanda uşaqlarımız körpə, özümüz cavan idik. Ən gözəl günlərimiz Cəbrayılda keçib, ən xoş xatirələrimiz orada olub”.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Tünzalə Bəhrəmova söyləyib.

Xoş xatirələrinin orada keçdiyini diqqətə çatdıran Cəbrayıl sakini 30 illik arzularının gerçəkləşdiyini bildirib.

“Çox yaxınımızı itirmişik bu 30 ildə. İstəyərdim ki, onlar da burada olardı, bizimlə gedərdi. Hisslərim - sevincim, kədərim bir-birinə qarışıb. Heç fikirlərimi tam ifadə edə bilmirəm. Çox həyəcanlıyam, gözləntilərim çoxdur. Atamın, yaxınlarımın qəbirini ziyarət etmək istəyirəm. Dağlara çıxıb qışqırmaq istəyirəm, bəlkə yatan ruhlar oyana”,- deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az