logo
logo logo
logo

NATO-nun Bakıdakı təlimi yekunlaşdı - VİDEO

13:55 - 17 Oktyabr 2026

NATO-nun Bakıdakı təlimi yekunlaşdı - VİDEO

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.


Manset.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.

Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.

Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.

Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az