logo
logo logo
logo

Putin Papaya zəng etdi 

20:48 - 16 Oktyabr 2026

Putin Papaya zəng etdi 

Rusiya Prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin Roma Papasına möhkəm cansağlığı arzulayıb və onun bu yaxınlarda keçirdiyi cərrahi əməliyyatdan sonra tezliklə sağalmasını diləyib. O, həmçinin Rusiya ilə Vatikan arasında insanların birliyinə xidmət edən mənəvi-əxlaqi dəyərlərin təşviqi, eləcə də dünyanın müxtəlif bölgələrində xristianların və xristian müqəddəs məkanlarının qorunması sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az