logo
logo logo
logo

Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatdı 

22:08 - 16 Oktyabr 2026

Meksika sahillərində \"Trudi\" qasırğası saatda 195 kilometrə çatdı 

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və sahilyanı ərazilər üçün təhlükə yaradacaq.


Manset.az Report-a istinadən verdiyi məlumata görə, Meksika rəsmiləri və ABŞ-nin Milli Qasırğaları İzləmə Mərkəzi siklonun yaxınlaşması ilə əlaqədar təhlükə barədə xəbərdarlıq ediblər.

Oktyabrın 17-də axşam qasırğanın Xalisko və Kolima ştatlarının sahilləri yaxınlığından keçəcəyi və güclənməkdə davam edəcəyi gözlənilir.

Meksikanın Mülki Müdafiə Agentliyi sakinləri qasırğanın yaxınlaşmasına hazırlaşmağa, qapı və pəncərələri möhkəmləndirməyə, həmçinin güclü küləyin uçura biləcəyi əşyaları yığışdırmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az