Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

12:21 - 31 Oktyabr 2024

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Albalılıq avtoparkı" MMC-nin direktoru İlqar İbrahimov vəzifəsindən azad edilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Əyyub Kərimliyə həvalə olunub.

Xatırladaq ki, "Albalılıq avtoparkı" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az