Metroda problem yarandı - Sərnişinlər düşürüldü

10:47 - 12 Dekabr 2024

Metroda problem yarandı - Sərnişinlər düşürüldü

“Dərnəgül-Bakmil” istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az