logo
logo logo
logo

Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

18:38 - 15 Dekabr 2024

Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti dekabrın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Xidmətdən Manset.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Balakən, Şəmkir, Şabran, Siyəzən, Tovuz, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Saatlı, Sabirabad, Hacıqabul, Quba, Qusar, Qobustan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Ağdam, Salyan, Şirvan, Neftçala, Xızı, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şəki, Zaqatala, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az