Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub.
Manset.az xəbər verir ki, mediatur çərçivəsində bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır.
AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında yerinə yetirilib. Bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı instituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.
Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
“Siyəzən Broyler” ASC-də jurnalistlər üçün mediatur təşkil olunub - FOTOLAR
15:04 - 25 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
10 Noyabr 2026 - 15:06
Azərbaycanın bu məşhur şəxsi vəfat etdi - FOTO
10 Noyabr 2026 - 11:48
İlham Əliyev Ərdoğana başsağlığı verdi
10 Noyabr 2026 - 11:25
Bakıda bu xəstəxana təmirə bağlanır
10 Noyabr 2026 - 22:18
İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - VİDEO
10 Noyabr 2026 - 19:31
Prezident xanımı ilə Türkiyəyə getdi - FOTOLAR
10 Noyabr 2026 - 17:20
Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK
10 Noyabr 2026 - 19:10
COP31 - Dünyanın diqqəti Antalyada: Əli Vəliyev xəbər verir
10 Noyabr 2026 - 13:12
Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək
10 Noyabr 2026 - 17:30
Sabiq məmur doğum günündə vəfat etdi
10 Noyabr 2026 - 10:31
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı AÇIQLANDI
10 Noyabr 2026 - 14:30
Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026 - 15:51
Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
Xəbər xətti
- 11 Noyabr 2026
- 01:30 Qəhvə Alzaymer xəstəliyi riskini azaldır?
- 00:30 "Yuventus" 3 mövqeyə transfer edəcək
- 10 Noyabr 2026
- 23:54 Gəncədə ağır qəza - Yaralılar var
- 23:43 Qubada ağır qəzada ölən gəncin FOTOSU
- 23:29 Məşhur aktyorların qazancları üzə çıxdı - Rəqəmlər heyrətləndirdi
- 23:17 Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - VİDEO
- 22:54 BƏƏ-yə məxsus gəmiyə hücum edildi
- 22:34 "Sabah" "Trabzonspor"u məğlub etdi
- 22:18 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - VİDEO
- 21:52 Paşinyan Parisdə Makronla görüşdü
- 21:33 "İranla ABŞ arasında danışıqlar aparılmır" - Rezai
- 21:17 Bakı-Astara magistralında qəza - Maşın piyadanı vurdu
- 20:54 "Turan" ÇL-in qrup mərhələsinə vəsiqə qazandı
- 20:32 Qubada oğul atasını döydü - Cinayət işi açıldı
- 20:18 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
- 19:53 "Əbu-Dabidəki üçtərəfli danışıqlar konstruktiv və məzmunlu idi"
- 19:31 Prezident xanımı ilə Türkiyəyə getdi - FOTOLAR
- 19:10 COP31 - Dünyanın diqqəti Antalyada: Əli Vəliyev xəbər verir
- 18:55 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR
- 18:44 40 yaşlı kişi evində ölü tapıldı
- 18:32 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi - Oğurluq iddiası
- 18:21 Bolqarıstanda matəm elan edildi - YENİLƏNDİ
- 18:10 “Onları mütləq məhv edəcəyimiz aydındır”
- 18:00 Paşinyan Yelisey sarayında Makronla görüşür
- 17:50 “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
- 17:42 Əbu-Dabidəki üçtərəfli görüşün ilk günü başa çatdı - YENİLƏNDİ
- 17:40 Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
- 17:30 Sabiq məmur doğum günündə vəfat etdi
- 17:20 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK
- 17:10 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - ŞOK OĞURLUQ
- 17:00 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - FOTOLAR
- 16:50 Gürcüstan 91 əcnəbini deportasiya etdi
- 16:40 Xərçəngin müalicəsində yeni ümid - Türkiyəli alimlərdən mühüm kəşf
- 16:30 "Hörmüz boğazında 2 tankerdə partlayış və yanğınlar baş verdi" - SEPAH
- 16:20 Yeni avtomobilin üstünə qaz borusu aşdı - Zərəri kim ödəməlidir?
- 16:10 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq öldü - FOTO
- 16:00 Gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
- 15:51 Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
- 15:28 İzmirdə baş verən partlayışla bağlı 11 nəfər saxlanıldı
- 15:15 Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 15:06 Azərbaycanın bu məşhur şəxsi vəfat etdi - FOTO
- 14:56 Sumqayıtda gənc bıçaqlandı - 50 yaşlı kişi saxlanıldı
- 14:48 Paşinyan onu İstanbula göndərdi - FOTO
- 14:40 Qubada qəzada yaralananların son vəziyyəti AÇIQLANDI
- 14:30 Dekabrda neçə gün iş olmayacaq?
- 14:21 Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 14:13 “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
- 14:05 Zelenski Danimarkaya səfər edəcək
- 14:00 Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü - FOTO
- 13:53 Kreml danışıqlar bitənədək detalları açıqlamayacaq
- 13:45 "iPhone" detalları istehsal edilən zavodda faciə - 3 işçi həlak oldu