Qəzada həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu

10:26 - 27 Dekabr 2024

Qəzada həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

 

Manset.az-ın məlumatına görə, onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az