Balakənə Aktaudan ilk cənazə gəldi - Körpəsini görə bilmədi

11:51 - 27 Dekabr 2024

Balakənə Aktaudan ilk cənazə gəldi - Körpəsini görə bilmədi

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib. 

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyevin nəşi doğulduğu rayona gətirilərək bu gün səhər saatlarında  ailəsinə təhvil verilib. 

Ramazan Nərman oğlu Filiyevin nəşi Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, R. Filliyev iki il əvvəl ailə həyatı qurubmuş və onun 10 aylıq körpəsi var. 

R. Filiyev Qroznıya işləmək üçün gedirdi. 

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakinləri olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itiriblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az