"Sərnişin təyyarəsinin vurulması, üstəlik də vurulmuş təyyarənin ən yaxın aeoroportlar tərəfindən qəbul edilməməsi, təcili enişə icazə verilməməsi qeyri-insani hərəkət və cinayət əməlidir. Bu mənim şəxsi fikrimdir. Təbii ki, istintaq aparılacaq, təyyarənin hansı şəraitdə vurulduğu, qəzanın baş vermə səbəbləri bilinəcək, aydınlaşacaq. Mənim şəxsi fikrim budur və ilkin tədqiqatlardan da görünür ki, təyyarə Qroznı səmasında raket hücumuna məruz qalıb, vurulub. Vuranlar da başa düşüblər ki sərnişin təyyarəsini vurublar, izi itirmək üçün onu Qroznı yaxınlığındakı 5 aeroportun heç birinə qəbul etməyiblər".
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib:
"Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir".
Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir:
"Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil. Rusiyanın hər tərəfinə uçuşlar dayandırılmalıdır".
Ə.Əliyev təyyarədə qəzanın başvermə səbəblərini də izah etdi:
"Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir".
AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb:
"Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər".
"Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir..." - AZAL-ın sabiq prezidenti qəzadan DANIŞDI
15:14 - 27 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Sentyabr 2026 - 12:22
"Qalatasaray"ın "Sportinq"lə oyununu hansı kanaldan və saat neçədə izləyək?
08 Sentyabr 2026 - 22:24
“Şəki yaylası”nda həyatını itirən Coşqunun FOTOLARI
09 Sentyabr 2026 - 14:58
“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - VİDEO
09 Sentyabr 2026 - 10:03
Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Həlak olanların adları bilindi (VİDEO)
09 Sentyabr 2026 - 12:47
Azərbaycanda maaş artdı
08 Sentyabr 2026 - 19:43
"Qızıl top" mükafatına namizədlərin TAM SİYAHISI
08 Sentyabr 2026 - 22:49
Helikopter qəzaya uğradı - Çox sayda ölən var
09 Sentyabr 2026 - 10:20
Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
08 Sentyabr 2026 - 23:57
Sabah bu ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
09 Sentyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq - PROQNOZ
08 Sentyabr 2026 - 22:56
Türkiyədə dəhşətli yanğın - 250-dən çox ev boşaldıldı
08 Sentyabr 2026 - 23:05
Dünyanın gələcəyi ilə bağlı qorxulu proqnoz
Xəbər xətti
- 09 Sentyabr 2026
- 19:14 Əli Əsədov QƏRAR imzaladı
- 19:11 Məktəb bufetlərində artıq bu qidalar satılmayacaq - Türkiyədə YENİLİK
- 18:51 Sabah bəzi ərazilərdə su olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 18:32 Ebola səngimək bilmir - Ölənlərin sayı 3267 oldu
- 18:22 İdlibdə güclü partlayış - 14 nəfər həlak oldu
- 18:14 Türkiyəli məşhur aktyor vəfat etdi - FOTO
- 18:12 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 17:55 Bakıda qətl törədən şəxsə hökm oxundu
- 17:45 İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
- 17:35 Türkiyəli tanınmış iş adamı iki uşaqla oteldə tutuldu - Qandonduran hadisə
- 17:27 "Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
- 17:15 Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır
- 17:07 ""Qalatasaray" onun üçün doğru yer deyil" - Yeni namizədin klub rəhbərindən gözlənilməz sözlər
- 17:05 Qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
- 17:00 95 yaşlı diktorun vəziyyəti ağırdır
- 16:55 Hörmüz boğazında gərginlik artır - "Məhdudlaşdırılmış zona" yaradılacaq
- 16:45 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı
- 16:36 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
- 16:20 PKK tarixə qovuşur - VAXT AÇIQLANDI
- 16:02 Valideynin təhsili uşağı 4 il qabağa keçirir – NAZİR
- 15:54 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir?
- 15:37 “Birbank” taksit kartı sentyabrda daha çox qazandırır - 3% əlavə bonus
- 15:30 Qaley Allahverdiyevin “Azərbaycan Respublikasının dil siyasəti” kitabı nəşr olundu
- 15:24 Övladı 1-ci sinifə başlayan valideynlərə iş yerindən GÜZƏŞT - Azərbaycanda da gözlənilir?
- 15:15 Prezidentdən Şarovskinin vəfatı ilə bağlı NEKROLOQ
- 15:07 ADY Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir - FOTOLAR
- 14:58 “Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - VİDEO
- 14:47 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi - FOTO/VİDEO
- 14:37 Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
- 14:23 Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndərdilər
- 14:12 Ceyhun Bayramov Mirzoyanla görüşəcək
- 13:51 Ermənistan konstitusiyasını dəyişməlidir - Rəsmi Bakıdan açıq mesaj
- 13:42 Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı
- 13:27 Read Qasımov vətəndaş qəbulu keçirdi - FOTOLAR
- 13:20 Energetiklərlə bağlı yarışın növbəti turu Zəngilanda keçirildi - Fotolar
- 13:13 Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
- 13:01 “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir - FOTOLAR
- 12:47 Azərbaycanda maaş artdı
- 12:43 Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
- 12:38 Sabah Bakıya yağış yağacaq - PROQNOZ
- 12:29 Şəkiyə evlilik ildönümünü qeyd etməkçün gedibmiş - DOST başsağlığı verdi
- 12:22 "Qalatasaray"ın "Sportinq"lə oyununu hansı kanaldan və saat neçədə izləyək?
- 12:20 İsrail bu ölkənin diplomatlarına 7 gün vaxt verdi
- 12:19 Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI - Tros qırılıb, yoxsa?
- 12:07 Prezident həmkarını təbrik etdi
- 12:06 Səudiyyə Ərəbistanında təhlükə siqnalları çalındı
- 11:48 Ukrayna Novorossiyski vurdu - 4 ölü, 29 yaralı
- 11:36 “AccessBank” QSC 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tender elan edir
- 11:30 Seru Qirassi Çempionlar Liqasında Levandovskini geridə qoydu
- 11:22 İsa Həbibbəyli Çində fəxri professor seçildi
- 11:15 İngiltərədə hava nəqliyyatı sistemi iflic oldu - 1300-ə yaxın reys ləğv edildi