Sabah metroda qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək

15:47 - 28 Dekabr 2024

Sabah metroda qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.

 

“Bakı Metropoliteni” QSC-dən Manset.az-a bildirilib ki, bazar günü səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xətlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xətlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.

Qeyd edilib ki, “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az