“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. “Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq.”
“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” - Kamaləddin Qafarov
15:40 - 10 Yanvar 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
05 Noyabr 2025 - 18:08
Hazırda 20 yolda tıxac var - SİYAHI
05 Noyabr 2025 - 17:55
Ov qaydalarını pozan əcnəbilər saxlanıldı
05 Noyabr 2025 - 17:45
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar - Dövlət və cəmiyyət dəstəyi yetərlidirmi?
05 Noyabr 2025 - 16:54
Azərbaycanda qəzetlərə ehtiyac var? - Sayt rəhbərləri danışdı
05 Noyabr 2025 - 16:41
Nərimanovda premium mənzillər üçün faizsiz kredit kampaniyası geri döndü
05 Noyabr 2025 - 16:24
Vəkillər Kollegiyasında növbəti iclas keçirildi
05 Noyabr 2025 - 15:52
Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır
05 Noyabr 2025 - 15:40
Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
05 Noyabr 2025 - 15:20
SİMDNX-da onlarla görüş keçirildi - Fotolar
05 Noyabr 2025 - 14:50
Sabah Bakıda hərbi yürüşlər keçiriləcək - Bu istiqamətlərdə
05 Noyabr 2025 - 14:35
Bakalla tanışına xəsarət yetirən şəxs saxlanıldı - Balakəndə kafedə xuliqanlıq
05 Noyabr 2025 - 14:18
Prezidentin təltif etdiyi şəxslər arasında bu tanınmış şəxs də var - FOTO
Xəbər xətti
- 05 Noyabr 2025
- 18:08 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 17:55 Ov qaydalarını pozan əcnəbilər saxlanıldı
- 17:45 Xüsusi qayğıya ehtiyacı olan uşaqlar - Dövlət və cəmiyyət dəstəyi yetərlidirmi?
- 17:28 Köhnə həyat yoldaşını bıçaqladı - Marketdə DƏHŞƏT
- 17:19 Kriptovalyuta ucuzlaşır
- 17:09 Gələn il bu şəxslər evlə təmin olunacaq - 50 milyon manat ayrılacaq
- 17:07 Məşhur türk aktrisa ilk dəfə oğlunu göstərdi - FOTO
- 17:04 "Qarabağ" azarkeşlərə MÜRACİƏT
- 16:56 iPhone-a uzun müddətdi gözlənilən YENİ FUNKSİYA GƏLİR
- 16:54 Azərbaycanda qəzetlərə ehtiyac var? - Sayt rəhbərləri danışdı
- 16:41 Nərimanovda premium mənzillər üçün faizsiz kredit kampaniyası geri döndü
- 16:41 Fatih Ürekdən yeni xəbər var - 20 dəqiqə ürəyi dayandı
- 16:24 Vəkillər Kollegiyasında növbəti iclas keçirildi
- 16:11 Rihanna üçüncü uşaqdan sonra qırmızı xalıda - FOTO
- 16:03 Türkiyəli məşhur müğənninin ölümü ilə bağlı ŞOK İDDİA - Qızıyla arasında...
- 15:55 Seçimdən sonra Trampdan ilk açıqlama
- 15:52 Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır
- 15:40 Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
- 15:20 SİMDNX-da onlarla görüş keçirildi - Fotolar
- 15:09 “Qarabağ” - “Çelsi” oyunu hansı kanalda yayımlanacaq?
- 14:50 Sabah Bakıda hərbi yürüşlər keçiriləcək - Bu istiqamətlərdə
- 14:35 Bakalla tanışına xəsarət yetirən şəxs saxlanıldı - Balakəndə kafedə xuliqanlıq
- 14:18 Prezidentin təltif etdiyi şəxslər arasında bu tanınmış şəxs də var - FOTO
- 14:04 Yeni piyada keçidinin inşası davam etdirilir - VİDEO/FOTO
- 13:40 Ali Koçun evində PARTLAYIŞ OLDU
- 13:29 Keçmiş məcburi köçkünlərə bu qədər vəsait ayrılacaq
- 13:24 Prezident onları təltif etdi - SƏRƏNCAM
- 13:11 Sabah hava necə olacaq?
- 12:59 Məşhur müğənni hamam xələti ilə RESTORANDA - FOTO
- 12:50 Bu ölkədə helikopter qəzası oldu - Sağ qalan yoxdur
- 12:44 Müəllimləri daşıyan avtomobil qəza törətdi - 7 nəfər...
- 12:43 Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR
- 12:40 DƏHŞƏT! Yaşlı adam traktorun altında can verdi
- 12:37 İbrahim Tatlısəslə bağlı yeni İDDİA - Ağlını itirib?
- 12:31 Azərbaycanda bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı
- 12:24 "Qarabağ"–"Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
- 12:15 Elektron siqarət çəkənlərin NƏZƏRİNƏ - Ciddi təhlükə var
- 12:08 Miqren qoruxulu yuxuya çevrilib - Bu yaş qrupundan olan qadınlar...
- 11:50 Məşhur müğənni təcili reanimasiyaya yerləşdirildi - FOTO
- 11:46 Aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım aksiyası keçirildi - Fotolar
- 11:44 Məşhur türk aktrisası ana oldu - FOTO
- 11:40 ABŞ-da təyyarə qəzası - 7 ölü, 11 yaralı
- 11:38 Xəzər dənizində ZƏLZƏLƏ oldu
- 11:35 Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə beynəlxalq tədbir keçirildi
- 11:31 İlham Əliyev qəbul keçirdi - FOTOLAR
- 11:25 Azərbaycanda orta pensiya məbləği artacaq
- 11:12 Baş Prokurorluq Zəngilanda konfrans keçirir - Fotolar
- 11:05 Azərbaycanda vəkilin meyiti oteldə tapıldı - FOTO
- 10:53 Yol polisindən sürücülərə ÇAĞIRIŞ
- 10:39 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA
- 10:21 “Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd