logo
logo logo
logo

İqtisad Universitetinin tələbələri niyə diplom ala bilmirlər? - VİDEO

11:00 - 28 Yanvar 2025

İqtisad Universitetinin tələbələri niyə diplom ala bilmirlər? - VİDEO

İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə məzunları diplomlarını ala bilmirlər.

 

Manset.az Baku TV-yə istinadən məlumat verir ki, onlar universitetə dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.

"Diplom vermədiklərinə görə il yarımdır ki, işsiz qalmışam. Diplomdan heç bir xəbər yoxdur. Təhsil Nazirliyinə müraciət etmişik. Bizə deyirlər ki, siz Dövlət İmtahan Mərkəzi yox, orada keçirilən müsabiqə vasitəsilə qəbul olunmusunuz", - şikayətçi Elnur Babayev deyib.

Məsələ ilə bağlı ali təhsil ocağından bildirilib ki, Dərbənd filialının məzunlarına diplomların təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az