Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Şəki-Qax yolunun rayon ərazisindən keçən hissəsində olub.
Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.