“Ajiotaj yaratmağa ehtiyac yoxdur” - Şahin Bağırovdan maaş açıqlaması

14:28 - 28 Yanvar 2025

“Ajiotaj yaratmağa ehtiyac yoxdur” - Şahin Bağırovdan maaş açıqlaması

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri əməkhaqlarını, həmçinin məzuniyyət pullarını da ala bilmir. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var. 
 

Manset.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - deyə sədr bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az