Erməni axtarış qrupları bu gün Füzuli və Cəbrayıl rayonları ərazisində 4 erməni hərbçisinin meyitini tapıblar.
Manşet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1567 olub.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.