Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib.
Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.
Medianews.az xatırladır ki, 2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.