2020-ci ildə 5 nəfər idisə, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Söhbət buraxılış imtahanlarında maksimum 300 balı toplayan abituriyentlərdən gedir.
Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, son 2 ildir maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.
Təhsilin keyfyyəti yüksəlir, yoxsa suallar asanlaşır?
Təhsil eksperti Sevinc Pürkeştasib deyir ki, son illərdə yüksək nəticə göstərənlərin sayı ona görə çoxdur ki, suallar asanlaşıb.
Ekspertin sözlərinə görə, uşaqların yaxşı nəticə göstərməsinin digər səbəbi də odur ki, hazırda repetitorlar tədris prosesində daha asan metodlara üstünlük verirlər.