İnnovasiya və sürət lideri “Bakcell” “Baku
Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” çərçivəsində “Ən uğurlu
rebrendinq layihəsi” üzrə mükafata layiq görülüb. Bu nominasiyada brendin
strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü əlaqə qurmaq
bacarığı qiymətləndirilir. “Bakcell” yeni brend kimliyi vasitəsilə innovativ
yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.
“Bakcell”in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və
vizual yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq
ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə
“Bakcell”in insanları, məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin
rəqəmsal gələcəyə doğru sürətlə irəliləyişini simvolizə edir.
Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən “Baku Flames – Beynəlxalq
Yaradıcılıq və Effektivlik Festivalı” yaradıcı sənayenin inkişafına dəstək məqsədi
daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət
süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın
davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft
sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji,
yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.