Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər
Heydər Əliyevin məzarını ziyarət ediblər
Manset.az xəbər verir ki, mayın
6-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq
elmi konfransın açılış mərasimi keçirilib.
Açılış mərasimindən
öncə ADU rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər
Əliyevin məzarını ziyarət ediblər.
ADU
kollektivi və dünyanın bir sıra xarici ölkələrindən olan nüfuzlu ali təhsil müəssisələrinin
rəhbərləri, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri Ulu öndər Heydər
Əliyevin və onun xanımı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarüstü
abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək
ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq
elmi konfransa dünyanın 8 ölkəsindən qırxdan artıq nümayəndə iştirak edir.