Bal təbiətin ən qiymətli nemətlərindən biri olsa da, son illərdə saxta balın artması mütəxəssislərin narahatlığına səbəb olub. Ekspertlər qeyd edir ki, saxta balın həqiqi baldan ayırd edilməsi üçün müxtəlif üsullar var, amma ən etibarlı nəticə laboratoriya analizi ilə əldə edilə bilər.
Manset.az-ın əldə etdiyi məlumata görə, aşağıdakı üç test saxta balı aşkar etməkdə kömək edə bilər.
Kristallaşma testi:
Həqiqi bal - Təbii bal zamanla kristallaşır. Bu balda təbii şəkərin olması ilə əlaqədardır.
Saxta bal - Kristallaşmaz, çünki tərkibində qlükoza kimi əlavələr var.
Alov Testi:
Həqiqi bal - Əsl balı pambıq və ya parçanın ucuna çəkib oda tutsanız, pambıq tez yanar. Əsl balın tərkibində su yoxdur və buna görə də yanmağa meyllidir.
Saxta bal - Yavaş yanan və ya yanmayan baldır.
Su Testi:
Həqiqi bal - Bir stəkan suya bir neçə damcı bal qoyun. Əsl bal tez bir zamanda suyun dibinə batır və suya yayılmadan bir yerə toplanır.
Saxta bal - Tərkibindəki şəkər və əlavələr səbəbindən saxta bal suya qarışır və yayılır. Əsl bal kimi tez dibinə batmır.