Sfera.az 13 yaşında

12:21 - 07 May 2025

Sfera.az 13 yaşında

Sfera.az xəbər portalının 13 yaşı tamam olur.

2012-ci ildə fəaliyyətə başlayan sayt ötən müddət ərzində özünəməxsus xəbərçilik tərzi ilə geniş oxucu kütləsini öz ətrafında birləşdirə bilib.

Sfera.az müstəqil media orqanı olaraq tərəfsizliyini qorumağı bacaran azsaylı media quruluşlarındandır. Cəmiyyətdəki problemlərin aşkarlanmasında və işıqlandırılmasında özünəməxsus rolu olan Sfera.az bu gün ölkənin nüfuzlu xəbər saytlarından biridir.

Xəbər portalı Azərbaycanda baş verən hadisələrlə bərabər, bütün dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələri oxuculara təqdim edir.

Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.

Ölkənin media qurumları arasında ilk onluqda qərarlaşan sayt bundan sonrakı fəliyyətində də operativ fəaliyyət göstərərək, aktual xəbərləri oxuculara çatdırmağa davam edəcək.

Qeyd edək ki, saytın təsisçisi Ozal Məmmədovdur.

Manşet.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv