7 may 2025-ci il tarixində Kapital
Bank-ın 30 000 000 (otuz milyon) manat həcmində istiqrazlarının abunə yazılışına
bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən
müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına
yaxınlaşa bilərlər.
Kapital Bank-ın manat istiqrazlarını
əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən
istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30
gündən bir, tədavül müddəti 1 ildir.
Maliyyə bazarının bu unikal təklifi
müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazların abunə yazılışı
ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda
ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.