Əfv Komissiyasının iclasları yekunlaşdı - Müraciətlər Prezidentə təqdim olunacaq

18:00 - 16 May 2025

Əfv Komissiyasının iclasları yekunlaşdı - Müraciətlər Prezidentə təqdim olunacaq

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.


Bu barədə Manset.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub.

Müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dən çox müraciətə baxılıb.

***

10:01

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.

O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv