"Unibank"da kredit faizlərinin yüksək olması ilə bağlı sosial şəbəkələrdə vətəndaşların narazılığı yayılıb.
Manset.az-ın məlumatına görə, bir çox şikayətçilər bildirirlər ki, "Unibank"ın tətbiq etdiyi faiz dərəcələri başqa banklarla müqayisədə çox yüksəkdir:
“Azərbaycanda bu qədər faiz dərəcəsi heç bir bankda yoxdur.”
Narazılığını daha sərt şəkildə ifadə edən vətəndaşlardan biri isə deyib: “Unibank mənim dərimi soydu, ta bilmirəm nə eləyim.”
Narazı müştərilər hesab edirlər ki, bu faizlə kredit götürmək çox çətindir və insanlar sonradan ödəmədə ciddi problemlərlə üzləşirlər.
Hazırda məsələ ilə bağlı "Unibank" tərəfindən heç bir açıqlama verilməyib.