Birbank
Visa taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya
start verilir. Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn
platformalarda, həm də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək
pul mükafatı qazana bilərlər.
19
may - 30 iyun 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank
Visa kartları ilə xarici saytlarda və tətbiqlərdə ən çox pul xərcləyən ilk 5000
müştəri, eləcə də xaricdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən ilk 500
müştəri kampaniyanın qalibləri sırasına düşəcək. Qeyd edək ki, hər iki istiqamət
üzrə (xarici onlayn platformalar və xarici ölkədə ödənişlər) ayrı-ayrılıqda kampaniyanın
üçüncüsünü 2000, ikincisini 3000, qalibini isə 10 000 AZN pul mükafatı gözləyir.
Digər sıralarda olan minlərlə müştəri isə müxtəlif pul mükafatları qazanacaq.
İştirakçılar
xüsusi hazırlanmış səhifəyə daxil olaraq FİN və doğum tarixi məlumatlarını yazmaqla
sıralamadakı yerlərini, xərclədikləri məbləği və əməliyyatların sayını izləyə
bilərlər. Qeyd edək ki, seçim onlayn və POS ödənişlər üzrə ayrı-ayrılıqda
aparılacaq. Kampaniyadakı cari nəticələr və kampaniya haqqında ətraflı məlumat üçün: https://b-b.az/bdfp
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118
filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.