Çoxmərtəbəli binadan elektrik xətti çəkib maşını şarj edirlər.
Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürücü elektromobilini binanın 8-ci mərtəbəsindən endirdiyi elektrik naqili ilə enerjiyə qoşub.
Paytaxt küçələrində isə müxtəlif ünvanlarda, eyvanlardan aşağı endirilən elektrik naqili görmək mümkündür.
Mütəxəssislərin sözlərinə görə, bu elektromobil sürücüləri üçün qənaətcil üsul kimi görünsə də elə deyil. Təhlükəsizlik baxımından isə ciddi problemlər yarada bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mənzildən kustar üsulla kənara çəkilən elektrik xətti həm də yanğın kimi xoşagəlməz hadisələrə səbəb ola bilər.
Elektrik avtomobilləri üzrə mütəxəssislər isə bildirib ki, sözügedən nəqliyyat vasitələri üçün xüsusi ölçüdə naqildən istifadə olunmalıdır. Bundan əlavə elektrik enerjisinin gücü avtomobilə uyğun olmazsa, nəqliyyat vasitələrinin batareyalarını sıradan çıxara bilər.
Ətraflı süjetdə: