Maksimum balı onlar topladı - FOTO

12:41 - 24 May 2025

Maksimum balı onlar topladı - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.


Manset.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlarda 8 nəfər maksimal - 300 bal toplayıb. 

Həmin şagirdlərin siyahısını təqdim edirik:

Ə.Zeynallı adına Bakı şəhər 302 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Dəniz Elşən qızı,

Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Cəfərli Ləman Üzeyir qızı, 

Bakı şəhər 154 saylı tam orta məktəbin şagirdi Allahverdili Günay Mehman qızı,

Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Zeynallı Toğrul Sultan oğlu,

Bakı şəhər 165 saylı tam orta məktəbin şagirdi Quluzadə Amin Məhərrəm oğlu,

Bakı şəhər 263 saylı tam orta məktəbin şagirdi Bayramova Tamilla Aydın qızı,

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi Tahirov Ayxan İmran oğlu,

Bakı Avropa Liseyinin şagirdi Heydərli Zəhra Tofiq qızı.

Fotoda: Amin Quluzadə

Fotoda: Günay Allahverdili



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv