Fonddan Zəka Mirzəyev ilə bağlı iddialara REAKSİYA

16:08 - 27 May 2025

Fonddan Zəka Mirzəyev ilə bağlı iddialara REAKSİYA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun sədri Zəka Mirzəyev ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.



Manset.az xəbər verir ki, qurumun mətbuat katibi Rəşad Mehtili bildirib ki, sədrin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.

O qeyd edib ki, DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.

"Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır. Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz. Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv