Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dən açıqlama

20:06 - 13 İyun 2025

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dən açıqlama

Bir neçə gündür Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, generalın 27 yaşlı oğlu Məhəmməd Quliyev 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb. 


Manset.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Məhəmməd Quliyev sıralarında deyil:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az