Sabiq deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirilib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, qurultayda partiyaya yeni sədr seçilib.
Belə ki, Tahir Kərimli partiya sədrliyinə namizəd olmayıb.
Onun yerinə tanınmış yazar Adəm Bakuvi seçilib.
O, indiyədək partiya sədrinin müavini idi.