Alimlər siqaret və spirtli içki istifadəsinin ağız xərçənginə səbəb ola biləcəyini vurğulayırlar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə, 2 həftədən uzun sürən alt dodaq və ağız yaraları təhlükə siqnalıdır. Belə hallarda biopsiya nəticələri tez-tez xərçəng hüceyrələrini üzə çıxarır.
Ağız xərçəngi estetik, funksional və psixoloji fəsadlara səbəb ola bilər. Xəstəlik ətraf toxumalara da yayıla bilər, bu da geniş müalicə tələb edir.
Mütəxəssis ildə 1-2 dəfə diş həkimi müayinəsi və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edir. Ağızdakı yara 15 gündən çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir.