Arıqlamaq istəyənlərin nəzərinə - Bu qidalar mane olur

22:00 - 20 İyun 2025

Arıqlamaq istəyənlərin nəzərinə - Bu qidalar mane olur

Dietoloqlar bəzi “sağlam” qidaların arıqlama prosesinə əngəl ola biləcəyini açıqlayıb.


Manset.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu məhsullar sağlam görünsə də, kalori, şəkər və yağ miqdarına görə diqqətlə seçilməlidir.

İdman içkiləri: Sadə şəkərlərlə zəngindir. Aşağı intensivlikli məşq edənlər üçün fayda əvəzinə kalori yükü yaradır.

Smoothielər: Tərkibindəki banan, fıstıq yağı, süd və zülal tozu bir içkidə 500-700 kalori yarada bilər. Evdə, şəkərsiz və az kalorili hazırlamaq tövsiyə olunur.

Səhər yeməyi taxılları: Çoxu az zülal, az lif və çox şəkərlidir. Süd əlavə edildikdə kalori ikiqat artır. Zülal və liflə zəngin növlərə üstünlük verin.

Qurudulmuş meyvələr: Təzə meyvəyə nisbətən 4 dəfə çox kalori ehtiva edir. 1 stəkan quru ərikdə 300+ kalori var.

Pendir: Faydalı olsa da, yağ və kalori baxımından yüksəkdir. Kiçik porsiyalar belə arıqlamağa mane ola bilər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az