Bakıda aptekdə oğurluq olub.
Manset.az xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasının ətrafında yerləşən apteklərdən birində qeydə alınıb.
Hadisə ilə bağlı görüntülər aptekin kameralarında anbaan görüntülənib. Oğurluq edənlərin qaraçılar olduğu məlum olub.
Məlumata görə, aptekdən təzyiq və şəkər aparatları oğurlanıb. Ümumilikdə aptekə 100 manatdan çox ziyan dəyib.
Sözügedən görüntüləri təqdim edirik: