Skuterdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO 

08:30 - 26 İyul 2025

Skuterdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO 

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, "Jet" adlı şirkətə məxsus olan skuterlərdən istifadə üçün yüklənən tətbiq vətədaşları avtomatik abunə edib və hər ay kartlarından ödəniş çıxıb.

Məlumat almaq üçün şirkətin sosial şəbəkəsinə daxil olduq. Məlum oldu ki, səhifədə olan şərhlərin əksəriyyəti elə eyni şikayətlə bağlıdır. Görünür, eyni problemlə üzləşən vətəndaşların sayı çoxdur.

Sözügedən şirkətin skuterlərini istifadə edən şəxslərin digər problemi isə məbləğin yüksək olmasıdır. İstifadəçilərin sözlərindən də aydın olur ki, qısa məsafədə skuter sürmək taksidən belə baha başa gəlir.

Qeyd olunan hallarla bağlı şirkətin əlaqə nömrəsinə və sosial şəbəkə hesablarına yazsaq da, onlardan cavab almaq mümükün olmadı.

Mövzu ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az