26 iyul 2025-ci ildə Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi-2025”-in bağlanış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə 6 gün davam edən təlimlərə həsr edilən videoçarx nümayiş etdirilib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev açılış nitqi ilə çıxış edərək bildirdi ki, təlimlərdə iştirakçılara kibertəhdidlərlə müasir mübarizə metodları tədris olunub, kiber yay məktəbi öz işini yüksək nəticələrlə başa vurub.
Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında qeyd edib ki, dövlətin kibertəhlükəsizliyinin keşiyində dayanmaq vətənpərvərlik ruhu ilə assosiasiya olunur. Davud Rüstəmov yay məktəbinin məzunlarının hər il yüksək yerli və xarici ali təhsil müəssisələrinə daxil olduqlarını xüsusi vurğulayıb.
Çıxışın ardınca göstərilən dəstəyə görə Milli Kibertəhlükəsizlik Mərkəzinə təşəkkürnamə təqdim olunub. Təşəkkürnaməni Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev təqdim edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qeyd edib ki, 6 gün ərzində iştirakçılar fərqli və səmərəli təlim keçmiş, kibertəhlükəsizlik istiqamətində maraqlı biliklərə yiyələniblər. O, təlimçilərə də xüsusi olaraq təşəkkürünü bildirib.
Bakı Ali Neft Məktəbinə də təşəkkürnamə təqdim edilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev təşəkkürnaməni təqdim edib.
Çıxışlardan sonra əsas tərəfdaş şirkətlərə təşəkkürnamələr təqdim edilib. Onların arasında Caspel, CrowdStrike, Caspian Tech və Media tərəfdaşı Patrul.az yer alıb.
Daha sonra sponsorlara təşəkkürnamələrin təqdimatı edilib. Təşəkkürnamələri AKTA-nın icraçı direktoru Rauf Cabarov təqdim edib. Onların arasında TechPro, Megasec. ESET, Crocusoft, Rabalon, Yer.az, Code Academy, B and B security aliance, MilliSec və Aisec Azərbaycan
şirkətləri var.
Ardınca AKTA-nın Baş katibi Fidan Əhmədova təlimçilərə sertifikatları təqdim etmək üçün səhnəyə dəvət edilib.
İştirakçıların və könüllülərin təltifi zamanı AKTA üzvü şirkətlərin nümayəndələri – Raballon, TechPro, Megasec, ESET və Yer.az şirkətləri, ardınca isə könüllülərin təltifi olaraq eyni şirkətlərin nümayəndələri səhnəyə dəvət edilib.
Daha sonra Volleybol turnirinin qalibləri mükafatlandırılıb.
CTF müsabiqəsinin 3-cü yerin qaliblərinə mükafatı Pənah Musayev, B and B security aliance şirkətinin nümayəndəsi, 2-ci yerin qaliblərinə Elmar Qasımov və Caspel şirkətinin nümayəndəsi, 1-ci yerin qaliblərinə isə mükafatı Davud Rüstəmov və Raballon şirkətinin nümayəndəsi təqdim edib.
Daha sonra qrup fotosu çəkdirilib.
Qeyd edək ki, 2025-ci il 21-26 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025” baş tutub.
Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klublarının üzvləridir.
Təlim günləri Bakı Ali Neft Məktəbində davam etdirilib. Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiber-yarış təşkil olunub. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılıb və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli senarilər üzərində çalışıblar.
Yay məktəbi zamanı keçirilən yan tədbirlər sırasına Kiber Təhsil Forumu, Kiber diaspora üzvlərinin master klasları daxil olub.
Tədbirin əsas tərəfdaşları – Caspel şirkəti, Crowdstrike, CaspianTech, Bakı Ali Neft Məktəbi, Sponsorları – Techgroup, MegaSec, ESET, Crocusoft, Rabalon şirkətləridir. CTF yarışları CTF tərəfdaşı YER.az şirkəti tərəfindən keçirilib, təhsil yarışları isə Code Academy və MilliSec-in tərəfdaşlığı ilə baş tutub.