Ev və ofis mühitində geniş istifadə olunan ətirli şamlar estetik və rahat atmosfer yaratsa da, sağlamlıq üçün ciddi risklər daşıya bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu şamlar yandıqda havaya yayılan kimyəvi maddələr və incə hissəciklər daxili havanın keyfiyyətini azaldır, xüsusilə astma, allergiya və ürək-damar xəstəliklərini artırır.
Parafin əsaslı şamlardan yayılan benzol, formaldehid kimi zərərli birləşmələr tənəffüs yollarını qıcıqlandıra, baş ağrısı, başgicəllənmə və miqrenə səbəb ola bilər. Zəif havalandırılan məkanlarda bu təsirlər daha da güclü hiss olunur.
Xüsusən, tənəffüs xəstəlikləri olanlar, hamilə qadınlar, uşaqlar və yaşlılar bu məhsullardan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Ətirli şamlardan istifadə zamanı şüurlu seçim etmək və yaxşı havalandırma təmin etmək tövsiyə edilir.