220 saylı məktəbin məzunu Dəniz Hüseynli dünyanın nüfuzlu universitetlərindən qəbul alıb.
Manset.az-ın məlumatına görə, o, Çin Xalq Respublikasının The University of Hong Kong universitetinin Computing and Data Science proqramının Computer Science ixtisasına illik HK$218.000 məbləğində tam təhsil təqaüdü ilə qəbul olub. Bundan başqa, o, Finlandiyanın Aalto University-də Computer Engineering ixtisası üzrə həm bakalavr, həm də magistratura səviyyələrinə birbaşa qəbul qazanıb. Çexiyanın Charles University-də Mathematics and Physics, Türkiyənin Bilkent University-də Computer Engineering və Information Systems and Technologies ixtisaslarına, eləcə də Sabancı University-nin Faculty of Engineering and Natural Sciences fakültəsinə qəbul olub.
Təhsil uğurları ilə yanaşı, Dəniz Hüseynli ictimai fəaliyyət sahəsində də fəal gənclərdəndir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin İKT departamentinin direktoru olaraq fəaliyyət göstərib və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif tədbirlərdə iştirak edib.
Dəniz Hüseynli, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə, dünya reytinqi üzrə 11-ci yerdə qərarlaşan The University of Hong Kong universitetində Computer Science üzrə təhsil almaq qərarı verib.